“ABB” ASC Əməliyyat departamentinin Satışa dəstək və inzibatçılıq bölməsinə əməliyyat inzibatçısı vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Əməliyyat prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti;
Müştəri dosyelərinin (hüquqi və fiziki) tamlığına cavabdehlik;
Əməliyyat inzibatçılığı üzrə digər nəzarət işləri;
Arxiv işinin təşkili;
Tələb olunan səriştələr:
Komandada işləmək bacarığı;
Detallara diqqət;
Analitik təhlil;
Vaxtı idarə etmək qabiliyyəti;
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Bank sahəsində mühasibatlıq, əməliyyat sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
Ofis proqramlarında sərbəst işləmək bacarığı;.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 18 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyat inzibatçısı_Bakı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az