“ABB” ASC Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə əməkdaşlar axtarışındadır.
Vəzifə öhdəlikləri:
Proqram təminatlarının yaradılması;
Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodlarin və kitabxanaların yazılması;
Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının qurulması;
Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
Mütəmadi olaraq yeni texnoloqiyaların araşdırmaq və öyrənmək;
SQL,PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
Verilənlər bazasının təhlükəsizliyinin,stabilliyinin və performansın qorunması;
Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və problemləri həll etmək bacarığı;
Tələb olunan proqram bilikləri: JAVA, Oracle SQL, Oracle PL/SQL;
RDBMS üzrə dərin biliklər arzuolunandır.
Bu iş sizə nələri qazandıracaq:
Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az