“Azərbaycan Beynəlxalq Bankı” ASC
Problemli kreditlərlə iş departamentində
Məhkəmə ilə iş və icra şöbəsinə Aparıcı Hüquqşünas vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarların icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək;
Tələb olunan səriştələri:
Stres altında işləməyi bacarmalı;
Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.
Vakant vəzifə üzrə tələblər:
Ali hüquqi təhsil;
Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığının olması, rus dil biliyi – yaxşı səviyyədə;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
İcra işləri və problemli kreditlərlə bağlı 1 ildən 3 ilədək hüquqşünas təcrübəsinin olması.
Bu iş sizə nələri qazandıracaq:
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 dekabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Aparıcı Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az