“ABB” ASC Arxiv üzrə şöbə müdiri vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Bankda arxiv işini təşkil etmək və həyata keçirmək;
Sənədlərin təlimata uyğun olaraq arxivə qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadə olunması prosesini təşkil etmək və nəzarət etmək;
Arxivdə saxlanılan və əhəmiyyətini itirmiş sənədləri məhv etmək üçün hazırlanmaq, ekspert-yoxlama və məhvetmə komissiyalarının işinin təşkilini həyata keçirmək;
Sorğular əsasında tələb olunan sənədlərin müvafiq struktur bölmələrə təqdim edilməsini idarə etmək;
Bankda arxivləşmə prosesinin təşkili ilə bağlı maarifləndirmə işlərini həyata keçirmək;
Bank arxivin fəaliyyəti ilə əlaqədar rəhbərliyə hesabatlar vermək.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Dekabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Arxiv üzrə şöbə müdiri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az