“ABB” ASC Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı və baş mütəxəssis vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması
Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətlərinin tətbiqi
Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə
Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi
Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflər vermək
Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarınıa dair məlumatlarının toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması
Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi
Bankın struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitoqinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi
Bankın struktur bölmələrində insidentlər barədə məlumatların toplanması və səbəblərin araşdırılması
Vakant vəzifə üzrə tələblər:
İqtisadiyyat istiqaməti üzrə ali təhsil
Biznes proseslərinin və əməliyyat risklərinin təhlili sahəsi üzrə minimum 2 il iş təcrübəsi
Biznes proseslərinin tənzimlənməsi barədə AR Mərkəzsi bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər
Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
MS Excel, Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq
Adekvat əmək haqqı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 İyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyat risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.