FED.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC Problemli Kreditlərlə İş departamentində Məhkəmə İşləri və Problemli Kreditlərlə İş şöbəsinə Baş və Aparıcı Hüquqşünas (Cənub zonası – Biləsuvar-Lənkəran; Şimal zonası – Şabran-Xaçmaz, Qusar; Aran zonası – Şirvan-İmişli regionları üzrə) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
Problemli kreditlərlə bağlı Bankın hüquqlarını və qanuni mənafeyini qorumaq;
Məhkəmə proseslərində iştirak etmək və müvafiq qaydada qanunvericiliyə uyğun tədbirlər görmək;
Bankın maraqlarına uyğun olmayan məhkəmə qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlarla bağlı apellyasiya və kassasiya şikayətlərini hazırlamaq;
Bankın xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün lazımi tədbirləri həyata keçirmək;
Kreditlərin qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.
Davranış səriştələri:
Stres altında işləməyi bacarmalı;
Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.
Vakant vəzifə üzrə tələblər:
Ali hüquqi təhsil;
Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığının olması, rus dil biliyi – yaxşı səviyyədə;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
Məhkəmə işləri və problemli kreditlərlə bağlı 3 ildən 5 ilədək hüquqşünas təcrübəsinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Mart 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş və ya Aparıcı Hüquqşünas (region göstərilməklə)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az