Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb.
FED.az xəbər verir ki, söhbət "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) təsis etdiyi "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dən gedir.
Yeni maliyyə qurumunun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir. O, indiyə qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktor əvəzi işləyib.
Xatırladaq ki, ABB bundan əvvəl də qiymətli kağızlar bazarının iştirakçısı olub. Banka məxsus "International Transaction System" MMC 2015-ci ildə bazardan kənarlaşdırılıb. Buna səbəb Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qüvvəyə minməsi olub. 4 illik fasilədən sonra - ABB-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş yığıncağında yeni investisiya şirkətinin yaradılmasına qərar verilib (Report).
Yeri gəlmişkən, FED.az-ın məlumatına görə, Azərbaycana Beynəlxalq Bankının (ABB) qiymətli kağızlarla əməliyyyatlarının həcmi sürətlə artmaqdadır. 2018-ci ilin nəticələrinə görə, ABB-nin qiymətli kağızlarla əməliyyyatlarının həcmi 90 milyon 845 min manat olmuqşdusa, 2019-cu ildə bu göstərici 2,3 dəfə artaqaq 207 milyon 661 min manat təşkil edib.
Qiymətli kağızlarla belə böyük həcmdə əməliyyatların aparıldığı halda bankın özünün investisiya şirkətinin olması daha sərfəli variantdır.