“Azərbaycan Beynəlxalq Bank” (ABB) əmanət faizlərini artıb.
Bu barədə məlumatı FED.az-a “Bank saatı” verlişinin qonağı ABB-in Pərakəndə Bankçılıq Departamentinin dirketor müavini Elşən Cəfərov verib.
E.Cəfərov bildirib ki, “Yeni İl” bayramı ilə əlaqədar olaraq bankda əmanətlrələ bağlı kampaniya həyata keçirilir. Manatla qoyulan əmanətlərin faiz dərəcəsi 10%-ə yüksəldilib. Bu kampaniya 2018-ci 10 dekabrdan 10 yanvar 2019-cu ilə qədər davam edəcək.
Şərtlər isə müddətdən asılı olaraq dəyişir.Əgər 10 min manat əmanət qoyularsa və 3 illik müddətdə yerləşdirilib, faizlər hər il götürülərsə hər il 10 min manata görə 11 min götürə bilər.
Beynəlxalq Bank əmanət faizlərini artırıb – YENİLİK

11:17
11 Dek 2018