Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2020-ci ilin ilk yarısını byöük mənfəətlə tamamlayıb.
Eləcə də bax: "Azərbaycan Beynəlxalq Bankı" - Maliyyə Dayanıqlığını Qoruyur
FED.az ABB-ni hesabatına istinadən xəbər verir ki, ilk 6 ayda bankın faiz gəlirləri 202 milyon 225 min manat olub.
Bu məbləğin 120 milyon manatı müştərilərə verilən kreditlərdən, 54 milyon 406 min manatı banklar və digər maliyyə institutlarındakı depozitlərdən, 17,5 milyon manat isə qiymətli kağızlardan daxil olub.
Bankın faiz gəlirləri 51 milyon 549 min manat təşkil edib.
İlk 6 ay da Beynəlxalq Bankın xalis faizi gəlirləri 150 milyon 676 min manata çatıb.
2020-ci ilin ilk yarısında Bankın qeyri-faiz gəlirləri 60 mily on 406 min manat, qeyri-faiz xərcləri 75 985 min manat olub.
Nəticədə Bank ilk yarım ili 135 milyon 097 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Mümkün zərərlər üçün ayrılan ehtiytalardan 11 milyon 180 min manat geri çəkildikdən sonra bankın vergidən əvvəlki mənfəəti 146 milyon 277 min manatı keçib.
Beynəlxalq Bank hesabatı dövrünün sonuna 27,8 milyon manat mənfəət vergisi ödəyib və nəticədə ilk yarım ili 118 milyon 478 min manat xalis mənfəətlə başa vurub.
2020-ci ilin ilk 6 ayında bankın kapitalı 117,4 milyon manat və ya 8,8% artaraq 1 milyard 456 milyon 977 min manata çatıb.
Bu dövrdə Bankın aktivləri 8 milyard 477,4 milyon manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 8,1% azdır. Bankın öhdəlikləri isə bu dövrdə 11% azalaraq 7 milyard 20,4 milyon manat. Öhdəliklərin azalması bankda hüquqi şəxslərin depozitlərinin həcminin azalması ilə bağlıdır. Depozitlərin məbləği 19,6% azalaraq 3 milyard 599,6 milyon manat təşkil edib.
Bankın kredit portfeli böyüyüb
İlk yarım ildə Beynəlxalq Bankın kredit portfeli bir qədər də böyüyərək 2 milyard 418,5 milyon manata çatıb. Bu dövrdə kreditlər 43,5 milyon manat və ya 1,8% artıb. Bankın biznes kreditləri 1 milyard 222,6 milyon manat təşkil edib. İstehlak kreditləri 8,4% artaraq 551,5 milyon manat, daşınmaz əmlak kreditləri isə 4,8% artaraq 644 milyon dolları keçib.