İnformasiya Texnologiyaları üzrə aparıcı / baş mütəxəssis
Son tarix 05 apr 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Bankın Transformasiya proqramı çərçivəsində mövcud təşəbbüslərin həyata keçirilməsini İnformasiya texnologiyaları bölmələri ilə birlikdə təmin etmək.
-
Təşəbbüslərin həyata keçirilməsi zamanı üzə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
-
Təşəbbüslərin həyata keçirilməsi məqsədilə İnformasiya texnologiyaları bölmələrinə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
-
Bankda gedən planlaşma və icra proseslərinə daim keyfiyyət və fərqli temp gətirmək;
-
Maraqlı tərəfləri nəzərə almaqla, irimiqyaslı dəyişiklərin idarə edilməsinə fokuslanmaq.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (İT və İqtisadi sahədə təhsil üstünlükdür);
-
Layihələrin idarə edilməsi sahəsində 1-3 il iş təcrübəsi olan;
-
Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
-
Xarici dil bilikləri (İngilis dili mütləqdir, rus arzuolunandır);
-
Problem həll etmə bacarığı olan;
-
Təqdimat və ünsiyyət bacarığı olan;
-
Komandada işləmə bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Satınalma əməliyyatları şöbəsinə aparıcı/ baş mütəxəssis
Son tarix 05 apr 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Satınalmanın həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirmək;
-
Tender və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərini aparılmaq;
-
Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq , təkliflərin müqayisəli təhlilini aparılmaq və optimal təklifin rəhbərliyə təqdim etmək;
-
Aparılan əməliyyatların reyestrini aparmaq;
-
Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilmək.
Bizim üçün uyğun namizəd:
-
Ali iqtisadi təhsilə (CİPS sertifikatının olması arzuolunandır);
-
Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə biləyə;
-
Satınalma sahəsində ən az 3 il iş təcrübəsinə;
-
IT sahəsi üzrə satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
-
MS office proqramlarını əla səviyyədə bilən;
-
ERP ilə bağlı təcrübəyə;
-
İnduktiv və analitik təhlil bacarığına;
-
Problemləri həll etmə bacarığına;
-
Layihələrin idarə olunması bacarığına sahib olan.
Əgər axtardığımız namizəd sizsinizsə portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
MHBS hesabatlıq şöbəsinə mütəxəssis / aparıcı/ baş mütəxəssis
Son tarix 05 apr 2022 - https://careers.abb-bank.az/
Görəcəyiniz işlər:
-
Bankın MHBS (İFRS) hesabatların hazırlanmasında iştirak etmək;
-
Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
-
Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
-
Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
-
ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
-
Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
-
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
-
Excel proqramları üzrə biliklərə sahib;
-
Analitik təhlil bacarığı olan;
-
Audit şirkətlərində minimum 1-3 il iş təcrübəsi olan; (Böyük dördlük audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
-
Komandada iş bacarıqlarına sahib olan.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə kiçik mütəxəssis/ mütəxəssis
Son tarix 05 apr 2022
Görəcəyiniz işlər:
- KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- Azərbaycan dilini səlis bilənə;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.