“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2019-cu ili 302,316 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 29% azdır.
Eləcə də bax:Azərbaycanın aparıcı bankı kredit verilməsini – DAYANDIRIB - AÇIQLAMA
İl ərzində ABB-nin gəlirləri 585,352 milyon manat (illik müqayisədə 10,2% çox), xərcləri 263,83 milyon manat (12% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 53,267 milyon manat (59,1% az), mənfəət vergisi ödəmələri isə 72,473 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə ABB-nin aktivləri 9 223,361 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 2 153,211 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,2% böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 16,4% artaraq 7 883,741 milyon manata, o cümlədən depozit portfeli 29,3% artaraq 5 635,109 milyon manata, balans kapitalı isə 15,3% artaraq 1 339,62 milyon manata çatıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 4,39%-i fiziki şəxslərə, 0,32%-i hüquqi şəxslərə, 0,13%-i isə "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına məxsusdur.
@Report.az