Fevral ayında bankların kredit portfeli 87,4 milyon manat və ya 0,4% artaraqa 19 milyard 757,4 milyon manat olub.
Bankların kredit portfeli cüzi artıb - BANK SEKTORUNDAKI VƏZİYYƏT AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletendə məlumat verilir.
AMB açıqlayıb ki, bankların kredit portfelinin böyük hissəsi biznes kreditlərinin payına düşür. Kredit portfelinin strakturu belədir
- biznes kreditləri – 54.8% (10,835.6 mln. manat),
- istehlak kreditləri – 29.7% (5,863.6 mln. manat)
- ipoteka kreditləri – 15.5% (3,058.2 mln. manat)