Bu gün bizneslər böyümə və genişlənmə ehtiyaclarını ödəmək üçün getdikcə daha çox maliyyə dəstəyi axtarırlar. Bir çox banklar iş dünyasının bu dinamik ehtiyaclarını ödəmək üçün müxtəlif biznes krediti variantları təklif edirlər.
Azərbaycanda biznes kreditlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2024)
Bankların ən sərfəli kreditləri – ŞƏRTLƏR, SİYAHI (May, 2024)
Bununla belə, hər bir bankın biznes krediti təklifləri və şərtləri fərqlidir. FED.az bankların biznes kreditləri ilə bağlı təkliflərini və şərtlərini araşdırıb.
Belə ki, biznes kreditləri 7 milyon manatadək ayrıla bilər, minimum biznes kreditinin həcmi isə 500 manatdan başlayır. Kreditləri əldə etmək istəyən biznes sahibləri aldıqları kreditləri maksimum 72 ayadək geri ödəyə bilərlər. Komissiyalarda banklar üzrə fərqlidir, bəzi banklar komissiyasız kredit təqdim edərkən bəziləri 0,5 – 1% aralığında komissiya tələb edir.
Banklar və biznes kredit şərtləri haqqında daha detallı :
Bank |
Məbləğ (AZN) |
İllik faiz dərəcəsi başlayır
|
Komissiya
|
Müddət (ay) |
Azər- Türk Bank |
100 000 AZN-dən yuxarı |
11,5% |
0,5% |
3 – 60 |
Access Bank |
50 000 – 3 000 000 |
- |
1% |
60 aya qədər |
AFB Bank |
250 000 - 5 000 000 |
15% |
1% |
6-36 |
Azərbaycan Sənaye Bankı |
5 000 - maksimum kredit məbləği fərdi yanaşma prinsipi əsasında müəyyən olunur |
12%-18% |
1% |
36 aya qədər |
Bank Avrasiya |
100 000 – 250 000 |
12% |
0,5% |
60 aya qədər |
Bank of Baku |
500 – 50 000 |
11,95% |
0,5% |
3 – 36 |
Bank Respublika |
20 000 - 5 000 000 |
məbləğdən, müddətdən və sahibkarın bankın digər məhsullarından istifadə etməsindən asılı olaraq dəyişir |
- |
12 aya qədər |
Expressbank |
30 000 – 5 000 000 |
12% |
- |
60 aya qədər |
Kapital Bank |
50 000 AZN-dən başlayaraq |
12% |
- |
60 aya qədər |
Naxçıvanbank |
1 000 – 100 000 |
14% |
- |
6 – 36 |
Rabitəbank |
18 000 – 500 000 |
15% |
- |
3 – 36 |
Turan Bank |
10 000 – 500 000 |
18% |
- |
3 – 36 |
Unibank |
15 000 – 10 000 000 |
5% |
- |
48 aya qədər |
VTB Bank |
7 000 000 AZN-dək |
12% |
0,5% |
60 aya qədər |
Xalq Bank |
Tələbata uyğun |
10% |
0,2% |
72 aya qədər |
Yelo Bank |
50 000 - 5 000 000 |
11% |
0,3% |
3 – 60 |
Ziraat Bank |
1 500 000 AZN-dək |
13% |
1% |
36 aya qədər |