Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi iyunun 1-ə olan tarixə 7 867,5 milyon manat təşkil edib. FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu bir ay əvvəllə müqayisədə 13,9 milyon manat azdır. Ötən ilin əvvəli ilə müqayisədə isə əmanətlərin həcmi 306,3 milyon və ya 4% artıb.
Əmanətlərdə xarici və yerli vətəndaşların payı fərqli dəyişib. Belə ki, hazırda bank əmanətlərinin 7 132 milyon manatı yerli, 735 milyon manat isə xarici vətəndaşların payına düşür.
Bir ay əvvəllə müqayisədə yerli vətəndaşların əmanətləri 23,1 milyon manat azalıb. Xaricilərin əmanəti isə 9 milyon manat artıb.
Bu ilin əvvəli ilə müqayisədə isə yerli vətəndaşların əmanətləri 315,8 milyon manat artıb, xaricilərin əmanətləri isə təqribən 10 milyon manat azalıb.iya
Banklarda xaricilərin əmanətləri yenidən artır
15:14
4 İyul 2018