İlin əvvəlindən indiyədək Azərbaycanın bank sektorunun aktivləri 0,9% artıb. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektoru ilə bağlı açıqladığı rəqəmlərdə bildirilir.
Palatanın məlumatına görə, hazırda ölkə banklarının ümumi aktivləri 29 milyard 769,1 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 267 milyon manat və ya 0,9% artıqdır.
Son bir ayda isə bank sektorunun aktivlərində 77,8 milyon manat və ya 0,2% azalma baş verib.
Bankların ümumi öhdəlikləri isə 25 349,3 milyon manat təşkil edir.
Palatanın məlumatına görə, hazırda bank sektorunun öhdəlikləri 25 349,3 milyon manat təşkil edir. İlin əvvəli ilə müqayisədə bankların öhdəlikləri 81,3 milyon manat və ya 0,3% azalıb. Son bir ay ərzində isə bankların ümumi öhdəliklərində 184 milyon manat və ya 0,7% azalma olub.
Bank sektorunun aktivləri artıb – HESABAT
17:51
30 May 2019