"Bank of Baku" Xaçmaz filialının ünvanını yeniləyərək müştərilərinin xidmətinə verdi.
Belə ki, bank Xaçmaz və ətraf rayonlarda yaşayan müştərilərinə daha keyfiyyətli xidmət göstərmək məqsədilə Xaçmaz filialını yeni ünvana köçürdü. Yanvarın 30-da filialın açılış tədbiri keçirildi və ilk müştərilər qəbul edildi.
Qeyd edək ki, Nəriman Nərimanov küçəsi, ev 68 ünvanında, 1 saylı Notariatın yanında yerləşən yeni filialda müştərilərə layiqli xidmət göstərmək üçün bütün lazımi şərait yaradılıb.
Müştərilər filiala müraciət edərək kredit məhsulları, bank kartları, əmanətlər, kassa əməliyyatları, pul köçürmələri, ödənişlər və s. kimi bir çox xidmət və məhsullardan faydalana bilərlər.
“Bank of Baku”nun digər filiallarındakı olduğu kimi Xaçmaz filialı da həftə içi hər gün saat 09:00-dan 17:00-a kimi, şənbə günləri isə fasiləsiz olaraq saat 10:00-dan 15:00-a kimi müştərilərin xidmətində olacaq.
Qeyd edək ki, 30 ildir ki, fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsində 1 milyondan çox müştəriyə xidmət verir.
“Bank of Baku”nun digər filialları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə www.bankofbaku.com, Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil ola bilərsiniz.