Azərbaycanın aparıcı banklarından olan «Bank of Baku» 2025-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank ənənəvi olaraq növbəti rübü də yüksək gəlir və mənfəət göstəriciləri ilə tamamlayıb. Məsələ təkcə gəlirdə deyil, 3-cü rübdə bank daha da böyüyərək «milyardlıq klub»da yerini möhkəmləndirib və hələlik o qədər də böyük olmayan borc qiymətli kağızlarını buraxaraq istiqrazlar bazarının nəbzini tutmağa başlayıb.
Beləliklə, 2025-ci ilin ilk 9 ayında «Bank of Baku»nun faiz gəlirləri 129 milyon manatı keçib. Müqayisə üçün bildirək ki, bu ötən ilin eyni dövründən 16,6 milyon manat və ya təqribən 15% artıqdır.
Faiz gəlirlərinin byöük hissəsi, 121 milyon manatı kredit portfelinin payına düşüb, bu da təqribən 16 milyon manat artım deməkdir.
Kredit portfeli üzrə gəlirlərin artımı – portfelini 100 milyon manatdan çox böyüyərək 900 milyon manata yaxınlaşmasının nəticəsidir. «Bank of Baku»da isə kredit portfelini gəlirə çevirməyi bacarırlar.
Bankın digər faiz gəliri mənbələri – qiymətli kağızlar və banklardakı depozitlərdən gəlirləri toplamda dəyişməyib – 6,3 milyon manat. Ümumiyyətlə, son dövllər hiss olunur ki, «Bank of Baku» qiymətli kağızlar bazarına maraq göstərməyə başlayıb və bu sahəyə yatırımları getdikcə artıracaq.
Hesabat dövründə faiz gələriləri ilə yanaşı, bankın faiz xərcləri də təxminən 255 artaraq 40 milyon dan 51 milyona yüksəlib. Bunun 48 milyon manatı necə deyərlər «şirin xərclər», yəni əmanətçilərə ödənilən faizlərdir. Hesabat dövründə «BoB» öz əmanət portfelini 100 milyon manat artırıb və indi həmin vəsaitlər kredit portfelində banka gəlir gətirməkdədir.
Daha 2,5 milyon manat xərc isə Bankın gəlb etdiyi kreditlər və buraxdığı qiymətli kağızlara görə faiz ödənişləridir. Yeri gəlmişkən, Bank bu rüb 20 milyon manatlıq istiqraz buraxıb və nəticədə təkcə qiymətli kağızlara görə faiz ödənişləri 1,2 milyon manata çatır.
Nəticədə 9 ayda «Bank of Baku»nun xalis faiz gəliri 78 milyn manata yüksəlib, bu ötən illə müqayisədə 6 milyon manat artıqdır.
Bankın qeyri-faiz gəlirləri də artmaqdadır – 2 milyon artımdan sonra qeyri-faiz gəlirləri 15 milyon manatı keçib. Qeyri-faiz gəlirləri bank müştərilərinin ödədiyi haqq və komissiyap ödənişləridir və dolayısı müştərilərin aktivliyinin göstəricilərindən biridir.
Hesabat dövründə bankın xərclər maddəsinin əsas hissəsi, qeyri-faiz xərcləri də artıb – 1 milyonduq artımdan sonra bu məbləğ 62,6 milyon manata yüksəlib. Maraqlıdır ki, bu dövrdə bank inzibati xərcləri optimallaşdıraraq 5 milyondan 4 milyona enidirməyib bacarıb, buradan qənaət edilən məbləğin üzərinə daha 2 milyon əlavə edərək 9 aylıq maaş fondunu 23 milyondan 26 milyon manata yüksəldib.
Digər xərclər isə 30,4 milyon manat olub.
Bütün gəlir xərcləri nəzərə aldıqda 2025-ci ildin ilk 9 ayında «Bank of Baku»nun əməliyyat mənfəəti 30,7 milyon manata yüksəlib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu rəqəm 23,2 milyon manat idi. Başqa sözlə, bankın fəaliyyətinin əsas göstəricələrindən olan əməliyyat mənfəəti il ərzində 7 434 min manat və ya 32% artıb.
Daha 1,7 milyon manat əvvəllər eyhtiyata ayrılmış vəsaitlərin qayıtmasından əldə edilib və bundan 8,2 milyon manat mənfəət vergisi ödənilib. Nəticədə «Bank of Baku» ilk 9 ayı 24 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon manat və ya daha 20% artıqdır.
Hesabat dövründə, qeyd edildiyi kimi, «Bank of Baku» milyard manatlıq aktivləri olan banklar qrupunda mövqeyini möhkəmləndirib. Hazırda bankın aktivləri 1 milyard 117 milyon manatdır – ilin əvvəlindən 180 milyon mana tartım var.
Bunun 872 milyon manatı kredit portfelidir – ilini əvvəlindən artım 112 milyon manat və ya 15% təşkil edib. Artım kreditlərin bütün növlərində – istehlak, biznes və ipoteka kreditlərində baş verib.
Bankın qiymətli kağızlara yatırımları 1,5 dəfə artaraq 44 milyondan 66 milyon manata yüksəlib, eyni zamanda «Bank of Baku» başqa banklarda 20 milyonluq depozit yerləşdirib.
Hesabat dövründə «Bank of Baku»nun öhdəlikləri 170 milyon manat artaraq 948 milyon manata yaxınlaşıb.
Artımın əhəmiyətli hissəsi – 100 milyon manatı depozit portfelinin, daha dəqiqi fiziki şəxslərin əmaətlərinin artımının payına düşüb – depozit portfeli 700 milyon manata, əmanətlər isə 640 milyon manata yaxınlaşıb. Bankda hüquqi şəxslərin depozitləri də 2 milyon manat artıb.
Nəhayət bu rüb «Bank of Baku»nun öhdəlikləri sırasına 20 milyon manatlıq borc qiymətli kağızları – istiqrazlar da əlavə olunub.
Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişməyib – 52,9 milyon manat, buna ehtiyac da yoxdur, 104 milyon manatlıq bölüşdürülməmiş mənfəət və 14 milyona çatını ümumi ehtiyatlar bankın kapital dayanıqlığını təmin edib.