Bank sektorunun aparıcı oyunçularından olan «Bank of Baku» 2023-cü ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, bank bu il də səhmdarlarını sevindirib – 1-ci rübdə «Bank of Baku»nun xalis mənfəəti 9 milyon 538 min manat təşkil edib.
Hesabat dövründə bankın faiz gəlirləri 30 milyon manata yaxınlaşıb, faiz xəcləri isə 8,7 milyon manat olub.
Bankın qeyri-faiz gəlirləri 2,2 milyon manat, qeyri-faiz xərcləri isə 15,1 milyon manat təşkil edib.
Daha 5,4 milyon manat isə bankın mümkün zərərlr üzrə əvvəlki dövrlərdə ayırdığı ehtiyatlardan geri çəkilib.
Nəticədə «Bank of Baku» rübü 9 milyon 539 min manat xalis mənfəətlə başa vurub.