Azərbaycanın bank sektorunun ən fəal banklarından olan «Bankof Baku» 2025-ci ilin ilk yarısını ciddi irəliləyişlərlə başa vurub.
FED.az bankın 2-cü rübün yekunları üzrü hesabatına istinadən xəbər verir ki, ilk yaım ildə «Bank of Baku», aktivləri milyard manatı keçmiş banklar sırasında yerini bir qədər də möhkəmlədib.
Bundan başqa, ənənəvi olaraq bütün istiqamətlərdəki fəaliyyətini effektiv şəkildə mənfəətə çevirməyi bacaran bankın gəlirləri və xalis mənfəəti də kəskin artıb.
Beləliklə, hesabata əsasən, ilk yarım ildə «Bank of Baku»nun faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon manat və ya təqribən 14% artaraq 83,6 milyon manata yüksəlib.
Faiz gəlirlərinin böyük hissəsi – 79 milyon manatı ənənəvi olaraq kredit portfelinin yaratdığı gəlirdən ibarətdir. Ümumi artım da kredit faizlərinin hesabına baş verib – ötənilki 68 milyon manatdan 79 milyon manata yüksəlib.
Kredit faizlərinin artımı kredit portfelinin sürətlə böyükməsi ilə bağlıdır. İlin əvvəlindən bəri «Bank of Baku»nun kredit portfeli 57 milyon manat və ya 8% artaraq 817 milyon manata yüksəlib. İstehlak kreditlərində 45 milyon manat, biznes kreditlərində 7 milyon daşınmaz əmlak kreditlərində isə 5 milyon manat artım – ciddi faiz gəlirlərini təmin edib.
Bankın gəlirlərinin digər hissəsi – 3,6 milyon manatı başqa banklardakı depozitlərdən gələn faizlər (1,6 milyon manat) və qiymətli kağızların gətirdiyi qazancdır (2 milyon manat).
2025-ci ilin ilk yarısı «Bank of Baku»nun faiz xərclərinin də artması ilə yadda qalıb – 27 milyondan 32 milyon manata.
Faiz xərclərinin böyük hissəsi depozit faizlərinin payına düşüb – ilk yarım ildə bank öz əmanətçilərinə 30 milyon manat ödəyib.
Belə sürətli artımın səbəbi «Bank of Baku»nun depozit portfelinin, xüsusilə də bankdakı əmanətlərin məbləğinin böyüməsi olub – əmanətlər yarım ildə 60 milyon manat artaraq 595 milyon manata yüksəlib.
Bankda hüquqi şəxslərin depozitləri isə 57 milyon manatdan 66 milyon manat çatıb.
Amma depozitlər üzrə faiz xərclərinin artması çətinlik yaratmayıb – bankın menecmenti aktivləri uğurla kredit portfelinə yönəltməyi və faiz gəlirlərinə çevirməyi bacarıb.
Belliklə, ilk yarım ildə «Bank of Baku»nun xali faiz gəlirləri 51,5 milyon manat olub, bu 2024-cü ilin eyni dövründən 6 milyon manat və ya 12% artıqdır.
Bankın qeyri-faiz xərcləri isə bu il 600 min manat və ya 7,5 faiz artaraq 8,6 milyon manata yüksəlib. Bankın təkcə haqq və kommisiya gəliri 20% artaraq 9,2 milyon manatı keçib.
Qeyri-faiz xərcləri isə cəmi 1 milyon manat artaraq 41,3 milyon manat olub. Bank bu dövrdə əməkdaşlarının maaş xərclərini təqribən 2 milyon manat və ya 10% artıraraq 17,1 milyon manata çatdırıb.
Bütün xərcləri nəzərə alanda «Bank of Baku» ilk yarım ili 18,9 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. Bu əvvəlki ilin göstəricisindən 5 milyon manat artıqdır.
Təqribən 5 milyon mənfəət vergisi ödənişindən sonra Bankın xalis mənfəəti 14 milon 135 min manat yüksəlib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 milyon manat və ya 30% artıqdır.
İlk yarım ildə bankın aktivləri 1 milyard 44 milyon manata yüksəlib, kapital mövqeyi isə möhkəməndirib – bankın cəmi kapitalı 158 milyon manata yüksəlib, səhmdar kapitalının sabit qaldığı bir şəraitdə, cəmi kapitalın artımı ənənəvi olaran bölüşdürüməmiş mənfəətin hesabına təmin edilib.