Hacılı Zamin Dilafət oğlu Bank of Baku-da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub.
FED.az bu barədə banka istinadən xəbər verir.
İş təcrübəsi:
İş fəaliyyətinə 2003-cü ildə başlayıb.
2007-ci ildən etibarən isə Bank of Baku-da çalışıb.
2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib.
Təhsil:
1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb.
Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib