FED.az hesabata istinadən xəbər verir ki, 2018-ci ilin 1 avqust tarixinə ölkə üzrə qoylan əmanət yerli və xarici valyuta ilə birlikdə 8 milyard 49,5 milyon manat olub.
Əmanətlərin 7,4 milyard manatı və ya 93,3%-i banklara Bakı şəhərində qoyulub.
İkinci sırada 184,4 milyon manat, yəni 2,3%-ilə Abşeron iqtisadi rayonu durur. Qeyd edək ki, Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır.
Banklara qoylan cəmi əmanətlərin orta faiz dərəcəsi 4,1% təşkil edib. Amma manat və dollar əmanətlərinin faiz ldərəcəsi arasında kəskin fərq var. Belə ki, manat üzrə əmanətlərin orta dərəcəsi 7,5%, dollarda isə illik 2,1% təşkil edir.
Əmanətlərdə ən yüksək orta faiz dərəcəsi 6,5% ilə Lənkəran iqtisadi rayonu, ən az orta faiz dərəcəsi isə 1,9% ilə Naxçıvanın payna düşür. İqtisadi rayonlar üzrə kredit göstəriciləri və orta faiz dərəcəsi aşağdakı cədvəldə göstərlib.
| Bölgələr | Depozitin həcmi (milyon manat) | Orta faiz dərəcəsi | 
| Bakı şəhəri | 7 432,3 | 4,0% | 
| Abşeron | 184,4 | 6,3% | 
| Gəncə-Qazax | 133,2 | 5,8% | 
| Aran | 105,6 | 4,5% | 
| Quba-Xaçmaz | 50,3 | 6,2% | 
| Lənkəran | 45,0 | 6,5% | 
| Naxçıvan | 38,0 | 1,9% | 
| Şəki-Zaqatala | 36,0 | 3,8% | 
| Dağlıq Şirvan | 15,5 | 5,2% | 
| Yuxarı Qarabağ | 8,9 | 4,4% | 
| Kəlbəcər-Laçın | 0,0 | 0,0% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








