Azərbaycanın aparıcı banklarından olan «Azərbaycan Sənaye Bankı»nın (ASB) mənfəəti azalıb.
«ASB Bank»ın vəziyyəti məlum oldu - RƏQƏMLƏR AÇIQLANDI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cy ilin 1-ci rübündə bankın faiz gəlirləri 1,5 milyon manat və ya 25% artaraq 7,6 milyon manata yüksəlib.
Başqa banklardan fərqli olaraq ASB-nin faiz gəlirlərinin böyük hissəsi kredit portfelindən (3,5 milyon manat) deyil, başqa banklarda yerləşdirilən depozitlərdən (3,8 milyon manat) daxil olub.
Bankın faiz xərcləri isə 1 milyon manat artaraq 3,7 milyon manata yüksəlib.
Nəticədə ASB rübü 3,9 milyon manat xalis fapiz gəliri ilə başa vurub.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 40% artaraq 2,2 milyon manat, qeyri-faiz xərcləri isə 405 artaraq 5,1 milyon manata yüksəlib.
Nəticədə rübün sonuna bankın əməliyyat mənfəəti 1 milyon 15 min manat olub. Bundan başqa, bank əvvəlki dövrlərdə alınan ehtiyatlardan 337 min maatını geri çəkib, eyni zamanda 290 min manata yaxın vergi ödəyib. Beləliklə ASB-nin rübün sonuna xalis mənfəəti 1 milyon 63 min manat olub.
Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə yarım milyon manat və ya 32% azdır.
2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, ASB kiçilməkdə davam edib, bankın aktivləri daha 30 milyon manat azalaraq 747 milyon manatdan 718 milyon manata enib.
Bu dövrdə bankın kredit portfeli də kiçilib və ilin əvvəlindəki 241 milyon manatdan 238 milyon manata enib. Əvəzində ASB-nin digər banklardakı depozitləri – artıq bankın əsas gəlir mənbəyi bu depozitlərdir – 17 milyon manat artaraq 403 milyondan 420 milyon manata yüksəlib.
Rübün sonuna bankın cəmi öhdəlikləri 29 milyon manat azalaraq 637 milyon manatdan 608 milyon manata düşüb. Depozit portfeli isə 32 milyon maat azalaraq 449 milyon manatdan 417 milyon manata enib.
Əvəzində ASB-nin kapitalı 700 min manatdan çox artaraq 111 milyon manata yaxınlaşıb.