Azərbaycanın bank sektorunun aparıcı banklarından olan «ASB Bank» 2022-ci il üzrə nəticələrini açıqlayıb.
2022-ci ildə ən çox qazanan və itirən - BANKLAR – TAM SİYAHI, MƏBLƏĞLƏR (2022) - YENİLƏNİB
FED.az xəbər verir ki, 2022-ci ildə bankın ümumi gəlirləri 35 milyon 611 min manat, xərcləri 30 milyon 369 min manat olub.
Nəticədə «ASB Bank» ili 5 milyon 173 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bankın 2022-ci ildəki fəaliyyəti nəticəsində əvvəllər ehtiyat üçün ayrılmış 1 milyon 132 min manat vəsait geri qaytarılıb.
Nəticədə «ASB Bank»ın vergidən əvvəlki mənfəəti 6 milyon 305 min manat, 1 milyon 019 min manat mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəəti 5 milyon 286 min manat olub.
2022-ci ilin sonuna bankın cəmi aktivləri 65 milyon manat azalaraq 812,6 milyon manatdan 747,6 milyon manata enib.
Bankın öhdəlikləri isə 70 milyon manat azalaraq 707 milyon manatdan 637 milyon manata enib.
2022-ci ilin sonuna bankın kapitalı 5 milyon manat artaraq 105,5 milyondan 110 milyon manata çatıb.