Azərbaycanın ən böyük bankı, bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2022-ci ilin 3-cü rübü üzrə yüksək mənfəət açıqlayıb.
FED.az xəbər verir ki, 3-cü rübün nəticələrinə görə, ABB-nin faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqavisədə 24% artaraq 402,7 milyon manata yüksəlib.
Bankın faiz xərcləri isə 59,1 milyon manat olub. Nəticədə ABB-nin xalis faiz gəliri 343,6 milyon manat təşkil edib. Bu ötən ili eyni dövrünə nisbətən 88 milyon manat artıqdır.
Bu dövrdə ABB-nin qeyri-faiz gəlirləri 133,2 milyon manat, qeyri-faiz xərcləri 195 milyon manat olub. Nəticədə bank ilin 3-cü rübünü 282 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bu vəsaitdən 32,7 milyon manat bankın mümkün zərərlər üçün ehtiyatının yaradılmasına ayrılıb, 39,1 milyon manat isə mənfəət vergisinin ödənilməsinə sərf edilib.
Nəticədə ABB bank 2022-ci ilin 3-cü rübünü 209,9 milyon manat xalis mənfəətlə tamamlayıb.
İlin əvvəlindən indiyədək ABB bankın aktivləri 948 milyon manat və ya 8,3% artaraq 12 milyard 432 milyon manatı keçib.
Bu dövrdə bankın ümumi kredit portfeli 3 milyard 518 milyon manatia çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 419 milyon manat artıqdır. Təkcə son 3-cü rübdə bankın kredit portfeli 80 milyon manata yaxın artıb.
3-cü rübün sonuna ABB-nin başqa banklarda yerləşdirdiyi depozitlərin həcmi rekord həddə çatıb – 4 milyard 286 milyon manat. İlin əvvəli ilə müqayisədə bu göstərici 9 dəfə artıb.
Ümumiyyətlə bank nağd vəsaitlərini başqa banklarda depozit kimi yerləşdirməyə başlayıb. Nəticədə ABB-də nağd vəsaitlərin həcmi ilin əvvəlindəki 6,4 milyvard manatdan hazırda 2,9 milyard manata enib.
2022-ci ilin əvvəlindən indiyədək ABB-nin öhdəlikləri 835 milyon manat artaraq 3-cü rübünün sonuna 10 milyard 881 milyon manata yüksəlib. Bankın depozit portfeli 1,4 milyard manat artaraq 9 milyard 662 milyon manata çatıb.
Depozitlər üzrə artım həm fiziki şəxslərin əmanətlərində, həm də hüquqi şəxslərin depozitlərində baş verib.
Belə ki, fiziki şəxslərin əmanətləri 500 milyon manat və ya 39:% artaraq 1 milyard 782 milyon manata, hüquqi şəxslərin depozitləri isə 901 milyon manat və ya 13% artaraq 7 milyvrd 880 milyon manaat yüksəlib.
Hesabat dövründə ABB borc qiymətli kağızları üzrə öhdəliklərin daha 178 milyon manat azaldaraq 592 milyon manata endirib.
ABB-nin bu ilin 3 rübü ərzində əldə etdiyi təqribən 210 milyon manat vəsait bankın kapitalının artırılmasına sərf edilib. Nəticədə ABB-nin cəmi kapitalı 1 milyard 550 milyon manata yüksəlib.