Cari ilin 9 ayında Azərbaycandan əmtəə ixracında 15 mlrd dollar - 1.4% azalma olub.
FED.az Mərkəzi Bank-a istinadən xəbər verir ki, dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 1.3% azalaraq 13.7 mlrd. dollar olub (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 9% azalması ilə əlaqədardır).
Eləcə də bax:Qiymətlər gələn il də çox artmayacaq - MƏRKƏZİ BANK
Xarici dövlətlərə 11.6 mlrd dollar neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 436 mln dolları neft emalı məhsullarının, 11.2 mlrd dolları isə xam neftin ixracının payına düşür.