IBAm mobil əlavəsinin aşağıda göstərilən bir çox imkanlarından da faydalanmaq olar:
- Kredit sifarişi;
- Aylıq kredit borclarının ödənişi;
- Kredit üzrə aylıq ödəniş qrafikinin nəzarətdə saxlanması;
- Şifrənin simvol məhdudiyyəti olmadan dəyişdirilməsi;
- Hesablar barədə məlumatın əldə edilməsi;
- Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
- Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
- Kartların bloklaşdırılması və blokdan çıxarılması;
- “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
- Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;
- Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
- Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
- Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
- Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
Bankın Pərakəndə biznes departamenti direktorunun müavini Elşən Cəfərov bildirib: “İBAm mobil əlavəsində son yenilənmələr nəticəsində təklif olunan funksionallar müştərilərimizə bir sıra rahat həllər və imkanlar yaradır. Belə ki, artıq dəyərli müştərilərimiz Banka gəlmədən bir çox xidmətlər üçün digər banklara köçürmələrini rahatlıqla həyata keçirə bilər, eyni zamanda öz hesabları üzrə rekvizitləri əldə edərək ödənişləri qəbul etmək məqsədilə onu paylaşa da bilərlər.”
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.
Yükləmə linkləri:
Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank
App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.