2024-cü ilin 9 ayında kredit təşkilatlarının (bank və BOKT) cəmi kredit portfelində ödəmə vaxtı keçmiş kreditlərin məbləği 42,2 milyon manat artaraq 30 sentyabr 2024-cü il tarixində 480 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında bildirilir.
2023-cü ilin sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 437,8 milyon manat təşkil etmişdi.
Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 1,8%-dən 1,7%-ə geriləyib. Bu, kredit portfelinin daha çox artımı ilə əlaqədardır.
2024-ü ilin yanvar-sentyabr dövründə cəmi kredit qoyuluşları 4 milyard 425,5 milyon manat və ya 18,5% artaraq 30 sentyabr 2024-cü il tarixində 28 milyard 404.6 milyojn manata çatıb.