2024-cü ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 784 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 521 milyon manat və ya 40,3% artıb.
Kredit kartları ilə aparılan əməliyyatların sayı 152 miilyon 20 min olub ki, bu da illik müqayisdə 35 milyon 18 min manat (25,9%) çoxdur.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 864 milyon manatı elektron ticarət vasitəsi ilə, 2 milyard 138 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 440 milyon manatı bankomatlar vasitəsi ilə, 332 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
İllik müqayisədə həyata keçirilmiş əməliyyatların həcmi elektron ticarət vasitəsi ilə 25 milyard 187 milyon manat (69,1%), POS-terminallar vasitəsi ilə 2 milyard 616 milyon (27%), təmassız POS terminallar vasitəsilə 2 milyard 355 milyon manat (32,5%), bankomatlar vasitəsilə 4 milyard 436 milyon manat (12,3%) ölkə xarici əməliyyatlar vasitəsi ilə isə 90 milyon manat (3,1%) artıb.