Azərbaycanda xarici valyutada olan debet kartları ilə əməliyyatlara məhdudiyyət qoyulub. Yalnız, dollar hesabında olan kartlar arasında transfer əməliyyatları mümkündür.
Eləcə də bax: Mərkəzi Bank banklara - «DOLLAR DƏYİŞMƏK TÖVSİYƏSİ»Nİ AÇIQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, məhdudiyyət olaraq manat hesabından dollar hesabına vəsaitin köçürülməsinə (konvertasiya əməliyyatı) tətbiq edilmişdir. Banklara bu məhdudiyyətin Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edildiyini bildirir.
Bununla belə, bankın ödəniş terminalları ilə eləcə də, MilliÖn, eManat və s. kimi ödəniş terminallarından dollarda olan hesablara (manat mədaxil etməklə) yatırım etmək mümkün deyil. Halbuki, bir neçə gün öncə belə bir məhdudiyyət yox idi.
Eləcə də bax: Kredit kartları ilə əməliyyatlar - 33% ARTIB
“Buna səbəb milli valyuta ilə olan hesabların dollara yönəldilməsinin qarşısı alınmaq üçün edilir. Demək olar k, bütün banklarda analoji hal müşahidə edilir”, deyə bildirilir.
Bildirək ki, bir çox hallarda insanlar nağd vəsaitlərininin milli valyutada olan hissəsini banka getmədən, bankda açdıqları dollarda (USD) olan debet kartlara yatırımlar edirlər.