Azərbaycan bankları 2021-ci ilin 3-cü rübünü 505 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, bu dövrdə 22 bank mənfəət, 4 bank zərər edib.
Yarım milyard manatlıq xalis mənfəətin təqribən 200 milyon manatı ölkənin ən böyük bankı olan və getdikcə çevikləşən ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) payına düşüb.
Daha təqribən 200 milyon manat mənfəət «Paşa Holdinq»ə məxsus olan bankların – «Kapitalbank» (135 milyon manat) və «Paşabank»ın (69 milyon manat) payına düşüb.
Bank sektorunun özəl hissəsinin «zəhmətkeşləri» olan «Bank Respublika», «Bank of Baku», «Unibank», «Yelo Bank», «AFB Bank», «Expressbank», «Rabitəbank», «VTB Bank» və «Turanbank» ümumilikdə 60 milyon mənfəət əldə ediblər.
Biznes sektoru üzrə ixtisaslaşan əsas banklardan biri - «Accessbank» isə dövrü zərərlə başa vursa da, bankın rəhbərdliyi ilin sonunda mənfəətə çıxacağını açıqlayıb.
Ən çox zərər açıqlayan bank isə «Bank Avrasiya» olub – 2,8 milyon manat.