Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli qərarı ilə koronavirus pandemiyasına görə, bank sektorunda bəzi güzəştlərə icazə verilib.
Eləcə də bax: Ödəniş sistemlərində xidmət haqları - 50 FAİZƏDƏK ENDİRİLİR
FED.az bu sənəddə bank sektoru üçün nəzərdə tutulan güzəştləri izah edir.
Eləcə də bax: Təcili: Azərbaycanda bank kreditlərinə - GÜZƏŞTLƏR BAŞLAYIR - RƏSMİ AÇIQLAMA
Tədbirlər Planına əsasən Bankların requlyativ yükünün azaldılması, kreditləşdirmə imkanlarının artırılması və maliyyə dayanıqlığının qorunması üçün aşağıdakı güzəştlər veriləcək:
· Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 12%-dən 11%-dək azaldılması;
· Digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalının 01 yanvar 2021-ci ilədək 10%-dən 9%-ə azaldılması;
· 01 yanvar 2021-ci ilədək kontr-tsiklik kapital buferinin 0.5%-dən 0 faizə endirilməsi;
· Bankların kapitalının adekvatlıq göstəricilərinin hesablanması zamanı bazar və əməliyyat risklərinin 01 yanvar 2021-ci ilədək nəzərə alınmaması;
· Bankların öz vəsaitləri hesabına 2020-ci il 1 aprel tarixinə kimiverilmiş ipoteka kreditləri üzrə risk koofisentinin 100%-dən 50%-dək azaldılması;
· Bankların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019- cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin banklara tövsiyə edilməsi;
· İstehlak kreditləri üzrə əlavə kapital tələblərinin 01 yanvar 2021-ci ilədək təxirə salınması;
· Kredit təşkilatlarında inspeksiyaların (hərtərəfli və tematik) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla 30 sentyabr 2020-ci ilədək tarixinədək təxirə salınması.