Azərbaycanda son bir ayda bank işçilərinin sayında azalma baş verib.
Eləcə də bax: Azərbaycanda bank sisteminin – SON VƏZİYYƏTİ AÇIQLANDI - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, oktyabrın 30-a bank işçilərinin sayı 18 536 nəfərdir ki, bu da bir ay əvvəllə müqayisədə 19 nəfrə azdır (18 555 olmuşdu).
İlin əvvəlindən indiyədək isə bank sektorunun işçiləri təqribən 1000 nəfər azalıb. 2019-cu ilin sonunda Azərbaycanın bank sektorunda 19 460 nəfər çalışırdı. Oktyabrın sonunda olan işçilərin sayı bundan 924 nəfər azdır.