Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki əməliyyat xərcləri 100 milyon manatdan çox olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (406,123 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (326,623 milyon manat), “PAŞA Bank” (228,526 milyon manat), “Unibank” (139,167 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (110,698 milyon manat).
Qalan 21 bankdan 17-də əməliyyat xərcləri 10-80 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.