2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəətinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə əməliyyat gəlirliliyinə görə bazarın liderləri məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın əməliyyat mənfəəti 520 milyon 953 min manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb – bankın mənfəəti 515 milyon 790 min manat olub.
"PAŞA Bank" ASC 250 milyon 497 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Bank Respublika" ASC isə 82 milyon 283 min manat əməliyyat mənfəəti ilə dördüncü olub.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"AccessBank" QSC-də 76 milyon 336 min manat, "Unibank KB" ASC-də isə 69 milyon 918 min manat mənfəət qeydə alınıb.
"Xalq Bank" ASC 68 milyon 518 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Ziraat Bank Azərbaycan" ASC 44 milyon 99 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Bank of Baku" ASC (40 milyon 119 min manat) və "Yelo Bank" ASC (38 milyon 137 min manat) tamamlayır.
Əməliyyat mənfəəti 20 milyon manatdan çox olan digər banklar "Rabitəbank" ASC (27 milyon 683 min manat), "TuranBank" ASC (27 milyon 349 min manat) və "Yapı Kredi Bank Azərbaycan" QSC-dir (21 milyon 442 min manat).
Siyahının sonrakı pillələrində "Azər Türk Bank" ASC (19 milyon 475 min manat), "Expressbank" ASC (19 milyon 473 min manat), "Premium Bank" ASC (13 milyon 512 min manat) və "Bank VTB (Azərbaycan)" ASC (10 milyon 73 min manat) yer alıb.
Renkinqi "Azərbaycan Sənaye Bankı" ASC (9 milyon 5 min manat), "Bank BTB" ASC (5 milyon 865 min manat), "Bank Avrasiya" ASC (5 milyon 107 min manat) və "Bank Melli İran" Bakı filialı (3 milyon 858 min manat) davam etdirir.
Siyahını ən kiçik əməliyyat mənfəəti ilə "AFB Bank" ASC (970 min manat) tamamlayır.












