Azərbaycanda 20 bankın faiz xərci 10 mln manatdan azdır. FED.az bankların bu ilin birinci yarısına olan hesabatına istinadən xəbər verir ki, Pakistan Milli Bankının Bakı filialının hesabat dövründə ümumiyyətlə faiz xərci olmayıb.
Eləcə də bax: Azərbaycanda bankların faiz xərcləri üzrə - RENKİNQİ (30.06.2019)
Bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan cəmi 4 – nünü faiz xərci 10 milyon manatdan yuxarı olub. Lakin 2-ci rübdə bu say 10-a çatıb.
Bu ilin birinci yarısında ən çox faiz xərci Azərbaycan Beynəlxalq Bankına, Kapital Banka və Accessbanka məxsus olub.
Ən aşağı faiz xərcləri isə Bank Melli İranın Bakı filialında, Naxçıvanbankda və AFB Bankda olub.
Azərbaycanda 20 bankın faiz xərci 10 mln manatdan azdır
16:07
8 Avq 2019