Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu ilin I rübündəki əməliyyat xərcləri 24 milyon manatdan çox olub.
Eləcə də bax: 12 bankın qeyri-faiz - GƏLİRLƏRİ AZALIB
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (71,598 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (63,388 milyon manat), "PAŞA Bank" (51,051 milyon manat), "Access Bank" (26,743 milyon manat) və "Unibank"dır (24,46 milyon manat).
Qalan 23 bankdan 9-da əməliyyat xərcləri 10-23 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
Renkinq