2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycanın aktivlərinin həcminə görə ən böyük banklarının yeni reytinqi məlum olub.
FED.az xəbər verir ki, siyahıda bəzi dəyişikliklər diqqət çəkib.
Bankların 30 sentyabr 2025-ci il tarixinə olan maliyyə hesabatlarına istinadən hazırlanan siyahıya görə, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 13 milyard 324 milyon 522 min manatlıq aktivlə bank sektorunun yeni lideri olub.
İkinci yerdə 12 milyard 64 milyon 364 min manatla “Kapital Bank” ASC qərarlaşıb. “PAŞA Bank” ASC isə 8 milyard 932 milyon 496 min manatla ilk üçlüyü tamamlayıb.
Siyahıya əsasən, 12 bankın aktivləri 1 milyard manatı ötüb. Reytinqdə növbəti yerləri “Xalq Bank” ASC (3 milyard 630 milyon 981 min manat), “Bank Respublika” ASC (2 milyard 717 milyon 912 min manat), “Unibank KB” ASC (1 milyard 908 milyon 269 min manat) və “Azər Türk Bank” ASC (1 milyard 849 milyon 217 min manat) tutur.
Aktivləri 1 milyard manatdan çox olan digər banklar isə bunlardır: “AccessBank” QSC (1 milyard 619 milyon 588 min manat), “Yelo Bank” ASC (1 milyard 444 milyon 429 min manat), “Rabitəbank” ASC (1 milyard 307 milyon 337 min manat), “Ziraat Bank Azərbaycan” ASC (1 milyard 233 milyon 702 min manat) və “Bank of Baku” ASC (1 milyard 117 milyon 642 min manat).
Siyahının davamında “TuranBank” ASC (892 milyon 534 min manat), “Azərbaycan Sənaye Bankı” ASC (799 milyon 427 min manat), “Premium Bank” ASC (659 milyon 615 min manat), “Yapı Kredi Bank Azərbaycan” QSC (657 milyon 96 min manat) və “Expressbank” ASC (645 milyon 453 min manat) qərarlaşıb.
Aktivlərinin həcmi 500 milyon manatdan az olan banklar isə “Bank BTB” ASC, “AFB Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Bank Avrasiya” ASC və “Bank Melli İran”ın Bakı filialıdır.