Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin ötənilki əməliyyat mənfəəti əvvəlki ilə nisbətən çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Express Bank”, “Bank of Baku”, “Rabitəbank”, “Naxçıvan Bank”, “PAŞA Bank”, “Kapital Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Xalq Bank”, “Bank Avrasiya”, “Zıraat Bank Azərbaycan” və “Turan Bank”dır.
Ən yüksək dinamika “Express Bank”da (12 dəfə), ən aşağı dinamika isə “Turan Bank”da (0,1%) qeydə alınıb.
11 bankın – “AFB Bank”, “Bank BTB”, İran Milli Bankının Bakı filialı, “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Günay Bank”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Premium Bank” və “Access Bank”ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Access Bank”da (85,4%), ən az azalma isə “AFB Bank”da (13,5%) qeydə alınıb.
Azərbaycanda 4 bank ötən il əməliyyat zərərinə uğrayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü ötən il əməliyyat mənfəəti əldə etməyib.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Muğan Bank”, “Yelo Bank” və “Bank VTB Azərbaycan”dır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Bank VTB Azərbaycan”da (7,894 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (214 min manat) qeydə alınıb.
Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank”da (338,288 milyon manat), ən aşağı göstərici isə “Azər-Türk Bank”da (833 min manat) qeydə alınıb.
2 bankın – “Bank VTB Azərbaycan” və Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 11% və 50,7%.
2 bank – “Muğan Bank” və “Yelo Bank” ötən il əməliyyat zərərinə uğrayıb, əvvəlki il isə əməliyyat mənfəəti əldə edib. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Eləcə də bax: Azərbaycanda fondlara ianə həcmi üzrə – BANKLARIN RENKİNQİ - MƏBLƏĞLƏR
(Renkinq)