Ötən il Azərbaycan Mərkəzi Bankına (AMB) işə qəbul olanların 40,5%-i qadınlar olub.
Azərbaycanda bank işçilərinin sayı azalıb – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, işə qəbul olanlar arasında qadınların payı bir ildə 38%-dən 40,5%-ə yüksəlib.
Bununla yanaşı, AMB-nin idarə heyətində qadınların payı dəyişməyərək 16,7% olub. Baş direktorlar arasında qadınların payı 20%-dən 11,1%-ə düşüb, departament direktorları arasında qadınların payı 17,1%-dən 25,7%-ə, bölmə/şöbə rəhbərləri arasında qadınların payı 27,4%-dən 27,6%-ə, ümumi işçilər arasında qadınların payı 37,1%-dən 38,1%-ə yüksəlib.














