Azərbaycan Mərkəzi Bankı ötən il 36 milyard 520 milyon manat cəmi aktivlərə malik olub.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 1 milyard 726 min manat (5%) artıb.
Bunun da böyük hissəsini - 25 milyard 824 min manatını borc qiymətli kağızlar təşkil edib ki, bu da illik 1 milyard 223 milyon manat (5%) azdır.
Bundan başqa pul vəsaitləri və onların ekvivalentləri" 8 milyard 589 milyon manat, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 1 milyard 129 milyon manat, törəmə maliyyə alətləri 6 milyon 620 min manat, banklara verilmiş kreditlər 13 milyon 761 min manat, bank olmayan kredit təşkilatlarına verilmiş kreditlər 648 min manat, Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlər 163 milyon 945 min manat, torpaq, tikili və avadanlıqlar 538 milyon 37 min manat, qeyri-maddi aktivlər 38 milyon 832 min manat, investisiya mülkiyyəti 37 milyon 785 min manat, sair maliyyə aktivləri 47 milyon 400 min manat, sair aktivlər 130 milyon 903 min manat təşkil edib.
İllik müqayisədə pul vəsaitləri və onların ekvivalentləri 2 milyard 959 milyon manat (53%) artıb, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 78 milyon 774 min manat (7%) azalıb, törəmə maliyyə alətləri 6 milyon 571 min manat (135,1 dəfə) azalıb, banklara verilmiş kreditlər 59 milyon 190 min manat (5,3 dəfə), bank olmayan kredit təşkilatlarına verilmiş kreditlər 6 milyon 936 min manat (11,7 dəfə), Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlər 52 milyon 724 min manat (24%) azalıb, torpaq, tikili və avadanlıqlar 184 milyon 588 min manat (52%) artıb, qeyri-maddi aktivlər 11 milyon 641 min manat (23%), investisiya mülkiyyəti 710 min manat (2%), sair maliyyə aktivləri 4 milyon 171 min manat (8%) azlaıb, sair aktivlər 12 milyon 861 min manat (11%) artıb.