Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və yerli investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirilib.
Eləcə də bax: İnvestisiya şirkətləri - MƏRKƏZİ BANKA ÇAĞRILDI
FED.az “Report”a istinadən xəbər verir ki, yığıncağa AMB-də yeni yaradılmış Kapital Bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin əməkdaşları da qatılıb.
Onlar qiymətli kağızlar bazarındakı problemləri dinləyib, qeydlər götürüblər. Daha sonra investisiya şirkətlərinə tövsiyə olunub ki, müştəriləri olan bankların investisiya qoyduğu AMB-nin notlarından asılılıqlarını azaltsınlar və daha çox real sektora yönəlsinlər.