Azərbaycan Mərkəzi Bankında yeni – İstehlakçılarla İş Departamenti yaradılıb və ona rəhbər təyin edilib.
FED.az xəbər verir ki, departamentə Xəyal Vəlixan oğlu Babayev rəhbərlik edəcək.
Qeyd edək ki, AMB-də sözügedən departament yeni təsis edilib.
Eləcə də bax: Mərkəzi Bankda - DAHA BİR TƏYİNAT
Hələ Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmazdan əvvəl AMB-də istehlakçılarla iş şöbəsi olub. Bu şöbə kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin nəzdində fəaliyyət göstərirdi.
Palatanın AMB-ə birləşdirilməsindən sonra belə qurumun yaradılması qərara alınıb.