Ötən il Azərbaycan BOKT-larının balans kapitalı 421,8 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 1% çoxdur.
BOKT-ların cəmi nizamnamə kapitalı illik müqayisədə 32,2 milyon manat və ya 14% artaraq 257,9 milyon manata yüksəlib.
Qrantlar illik müqayisədə dəyişməyib və 5,2 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi 156,9 milyon manata bərabər olub ki, bu da son bir il ərzində 23,4 milyon manat və ya 18% çoxdur.