2024-cü il yanvarın 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 1 799 səhmdarı olub.
"FED.az" bu barədə Bankın illik hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22 səhmdar və ya 1,2% çoxdur.
2023-ci ildə ABB-nin fiziki şəxs səhmdarlarının sayı 24 nəfər və ya 1,4% artaraq 1 759-dən 1783-ə çatıb, hüququ şəxs səhmdarlarının sayı isə 2 şəxs və ya 11,1% azalaraq 18-dən 16-ya enib.