«Kapital Bank» ASC-nin səhmdarlarının bölgüsü ilə bağlı son vəziyyət məlum olub.
FED.az banka istinadən xəbər verir ki, «Kapital Bank»ın ən böyük səhmdarı «Paşa Holding»dir. Bankda holdinqin payı 81%-dən artıqdır.
«Paşa» qrupuna aid olan «PAŞA Sığorta» və «PAŞA Həyat Sığorta» da bankda iri pay sahibidirlər – müvafiq olaraq 7,5% və 3,8%.
«KapitalBank»ın 5,6% səhmləri iki şirkətə məxsusdur. «BLESS» MMC və «REVERİ» MMC bankda hərəyə – 2,8 faiz paya malikdirlər.
Maraqlıdır ki, ölkənin bank sektorunun lideri, ən böyük bankı olan ABB də «Kapitalbank»da paya malikdir. Belə ki, ABB-nin törəmə şirkəti olan «ABB-İnvest İnvestisiya Şirkəti» QSC «Kapital Bank»ın cüzi də olsa səhminə sahibdir.
Bundan əlavə bir sıra kiçik səhmdarlar da «KapitalBank»ın səhmdarıdır.
Bankın səhmdarlarının siyahısı belədir:
"Paşa Holding" MMC – 81,0811%,
"PAŞA Sığorta" ASC – 7,523%,
"PAŞA Həyat Sığorta" ASC – 3,7615%,
"BLESS" MMC – 2,8185%,
"REVERİ" MMC - 2.8185%
"ABB-İnvest İnvestisiya Şirkəti" QSC- 0.0037%,
Bundan əlavə Milli Depozit Mərkəzinin 05 iyul 2023-cü il tarixli reyestrində göstərilən digər şəxslər Bankın səhmdarlarıdır.