Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün eyni vaxtda bir neçə fürsət yaradıb.
FED.az xəbər verir ki, 30 sentyabr tarixinə qədər Bankda hesab açmış fərdi sahibkar və hüquqi şəxslər ölkədaxili köçürmələri hesab açılandan sonra 3 ay müddətində komissiya haqqı ödəmədən aparacaqlar. POS terminal əməliyyatlarında isə 3 ay 50%-dək endirim olacaq.
Eləcə də bax: Azərbaycan Beynəlxalq Bankından - Sahibkarlar Üçün Təlim
Bu müddətdə Azərbaycan Beynəlxalq Bankında hesab açmış fərdi sahibkar və hüquqi şəxslər işçi sayına uyğun əməkhaqqı kartlarını Bankdan pulsuz alacaqlar. Bundan başqa, yeni hesab açmış sahibkarlar 30 sentyabra qədər Bankdan aldıqları biznes kreditlərinə görə heç bir xidmət haqqı ödəməyəcəklər. Azərbaycan Beynəlxalq Bankının POS terminallarının quraşdırılması və xidmətə qoşulması üçün də onlardan xidmət haqqı tələb olunmayacaq. Bu fürsətdən hər bir kiçik və orta sahibkarlıq subyekti faydalana bilər.
Qeyd edək ki, korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankında hesabları indi filiallara gəlmədən məsafədən də aça bilərlər. Məsafədən bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Elektron ticarətini inkişaf etdirmək istəyən sahibkarlar isə IBA Link xidmətindən istifadə edərək maksimum 2 gün müddətinə Bankın virtual POS terminalını əldə edə bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının sahibkarlar üçün onlayn bank xidmətləri barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.