May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artaraq 25,158.2 mln. manat olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfelinin strukturu isə belə olub:
ı) biznes kreditləri – 54.8% (13,784.7 mln. manat);
ıı) istehlak kreditləri – 29.7% (7,480.2 mln. manat)
ııı) ipoteka kreditləri – 15.5% (3,893.3 mln. manat).
May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.
• Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.5 faiz bəndi azalaraq 1.8% təşkil edib.