Müasir dövrdə banklar, yalnız maliyyə xidmətləri təqdim etməklə kifayətlənmir, həm də müştərilərin diqqətini cəlb etmək və onları məmnun etmək üçün müxtəlif marketinq strategiyalarına böyük vəsait yatırırlar.
FED.az biznes maliyyə portalı bankların marketinq və reklam xərclərinin həcmini araşdırıb.
Araşdırmanın nəticələrinə görə ölkənin 23 bankından ən çox reklama vəsait ayıran bank “Kapital Bank” olub. Bank 2023-cü il ərzində reklam və marketinq xərclərinə 14 milyon manatdan çox vəsait ayırıb.
Siyahıda ikinci yeri bank sektrounda lider mövqeye malik olan “Azərbaycan Beynəlxalq Bankı - ABB” bank tutur. Bankın reklam və marketinq xidmətlərinə ayrıdığı vəsait 9 milyon 494 min manata təşkil edib.
Keçən il ərzində reklam və marketinq xərclərinə ən çox vəsait xərcləyən üçünücü bank “Premium Bank”dır. Bankın sözügedən sahə üzrə xərci 7 milyon 732 min manat təşkil edib.
№ |
Bank |
Reklam və marketinq xərcləri (min manat) |
1 |
Kapital Bank |
14 879 |
2 |
Azərbaycan Beynəlxalq Bankı -ABB |
9 494 |
3 |
Premium Bank |
7 732 |
4 |
Unibank |
7 509 |
5 |
Turan Bank |
4 234 |
6 |
Paşa Bank |
4 220 |
7 |
Bank of Baku |
3 893 |
8 |
Rabitəbank |
2 842 |
9 |
Bank Respublika |
1 747 |
10 |
AccessBank |
1 478 |
11 |
Yelo Bank |
1 014 |
12 |
VTB bank |
997 |
13 |
Azər‐Türk Bank |
982 |
14 |
XalqBank |
981 |
15 |
Expressbank |
944 |
16 |
Ziraat Bank |
542 |
17 |
Yapı Kredi Azərbaycan |
432 |
18 |
Bank BTB |
367 |
19 |
AFB Bank |
239 |
20 |
ASB Bank |
148 |
21 |
Bank Avrasiya |
55 |
22 |
Naxçıvan Bank |
39 |
23 |
Bank Melli İran |
1 |