Azərbaycanın bank sektorunda daşınmaz əmlak bazarını maliyyələşdirən ipoteka kreditləri portfeli sağlam və stabil artımını davam etdirir. Sentyabrın 1-nə olan məlumata görə, ipoteka kreditlərinin ümumi həcmi 4 milyard 498,6 milyon manata çatıb.
FED.az-ın Mərkəzi Bankın statistikasına əsasən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 401,6 milyon manat və ya 9,8% artım deməkdir.
Belə ki, ötən il sentyabrın 1-də ipoteka portfelinin həcmi 4 milyard 97 milyon manat səviyyəsində idi.
Portfelin artımı ilin əvvəlindən və aylıq müqayisədə də davam edib. Ötən ilin sonuna (4 mlrd. 245,5 mln. manat) nəzərən artım 253,1 milyon manat (6,0%), son bir ayda isə 58,4 milyon manat (1,3%) təşkil edib.
Xatırladaq ki, ipoteka kreditləri portfeli ötən ilin eyni dövründə 4 milyard 97 milyon manat, ötən ilin sonunda 4 milyard 245,5 milyon manat, bu ilin avqustun 1-də isə 4 milyard 440,2 milyon manat səviyyəsində idi.