2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəəti 1 milyard 529,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 107,3 milyon manat, yəni 7,5% artıb, lakin ötən ilin sonuna nəzərən 133,5 milyon manat, yəni 8% azalıb. Aylıq müqayisədə isə əməliyyat mənfəəti 156,5 milyon manat, yəni 11,4% yüksəlib.
Xatırladaq ki, bankların əməliyyat mənfəəti bu ilin oktyabrın 1-nə 1 milyard 373,2 milyon manat, ötən ilin sonunda 1 milyard 663,2 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 1 milyard 422,4 milyon manat təşkil edib.











